Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

"Xocavənd" tankeri təmirdən sonra istismara verilib

"Xocavənd" tankeri təmirdən sonra istismara verilib

Tarix: 19-12-2019, 16:40


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus "Xocavənd" tankeri təmirdən sonra istismara verilib.
ASCO-dan Mediabiz.az-a verilən məlumata görə, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəminin baş və köməkçi mühərrikləri, nasosları təmir olunub. Bununla belə, baş mühərrikdə 1 ədəd  dirsəkli val dəyişdirilib, bir ədəd  köməkçi mühərrik yenisi ilə əvəzlənib.
Məlumata əsasən, gəmi üzrə gövdə qaynaq, boru quraşdırma, avtomatika və elektrik quraşdırma, izolyasiya işləri yerinə yetirilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.
"Xocavənd" gəmisi 2003-cü ildən Xəzər dənizində maye yük daşımalarına öz töhfəsini verir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR