Son Xəbər: Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib, Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ, Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir, Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər, "Qarabağ" - "Lion": Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli - ARAŞDIRMA, 3 nəfər dönərdən ZƏHƏRLƏNDİ, Azərbaycan BOKT-larında kredit riskinin idarə edilməsi qaydası TƏSDİQLƏNDİ, BİZİM TƏQVİM: 26 noyabrda baş vermiş tarixi hadisələr, Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi,

Tanınmış şirkət rəhbərinin ailə üzvlərinin də mülkünə həbs qoyulub

Tanınmış şirkət rəhbərinin ailə üzvlərinin də mülkünə həbs qoyulub

Tarix: 24-02-2021, 23:32

Azərbaycanda Mənzil İnşaatı Dövlət Agentliyi üçün binalar tikən “KAT Holdinq”in rəhbəri Elçin Ələkbərovun cinayət işi üzrə istintaq davam edir.

Mediabiz.az-ın verdiyi xəbərə görə, səkkiz aya yaxındır davam edən ibtidai istintaqın yaxın günlərdə bitməsi və işin araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi gözlənilir.

E.Ələkbərovun həyat yoldaşı Olqa Ələkbərova bildirib ki, istintaq çərçivəsində dəyən zərərə görə ərinin, özünün, övladlarının və onun anası Lidiya Deqtyarevanın adına olan mənzillərin üzərinə də həbs qoyulub.

O.Ələkbərova özünün və anasının adına olan, hazırda yaşadıqları evlərin üzərinə qoyulan həbsin götürülməsi üçün bir neçə dəfə məhkəməyə müraciət edib.

Belə ki, birinci dəfə iki mənzilə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulub. Bakı Apellyasiya Məhkəməsi isə bu qərarı ləğv edib.
Bundan sonra istintaq orqanı yenidən məhkəməyə müraciət edib. Binəqədi Rayon Məhkəməsi yenidən eyni mənzillərin üzərinə həbs qoyub. İkinci dəfə isə Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Azərbaycanda bizneslə məşğul olan Litva vətəndaşı Povilas Pociusa “KAT Holdinq”lə müqavilə imzalayaraq 3 milyon 26 min manat ödəniş edib və əvəzində holdinqin 50 faizi payına sahiblik edib.

“KAT Holdinq”lə Povilas Pociusa arasında inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin veriləcəyinə dair müqavilə imzalanıb, həmçinin, şirkətin balansında olan zavod da girov qoyulub. Beləliklə, 3 milyon yatırımın əvəzində təxminən 10 milyonluq mülk girov qoyulub.

Bir müddət sonra Povilas Pociusa pulunu geri tələb edib və polisə şikayət ünvanlayıb. Ötən il Xətai RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılsa da, istintaq zamanı bunun mülki məsələ olduğu, cinayət tərkibi olmadığı müəyyən edilib və cinayət işinə xitam verilib.
Litva vətəndaşı Povilas Pociusa bu dəfə prokurorluğa şikayət edib. Korrupsiyaya qarşı Mübarizə İdarəsində Elçin Ələkbərova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və o həbs edilib.

“KAT Holdinq” MİDA-nın Yasamal kompleksində 3 bina tikib, razılığa görə, tikdiyi binalardan ikisi şirkətdə qalıb, satışı da onlar özləri həyata keçirib.
 Həmin iki binanın tikintisi yekunlaşmadığı üçün mənzil sahibləri MİDA-ya və mətbuata müraciət ediblər. Məlum olub ki, narazılıq olan binalar kompleksin ərazisində olsa da, MİDA-ya aid deyil.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR