Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Bu il rekord həddə - 294 min ton pambıq yığılıb” - İlham Əliyev

“Bu il rekord həddə - 294 min ton pambıq yığılıb” - İlham Əliyev

Tarix: 19-12-2019, 18:00

“Respublika üzrə pambıq yığımı başa çatıb, bu il rekord həddə - 294 min ton pambıq yığılıb, məhsuldarlıq orta hesabla hər hektardan 29,4 sentner təşkil edib”.
Bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə deyib.
Azərbaycan Prezidentinin sözlərinə görə, bu, son illərdə pambıqçılığın inkişafı ilə bağlı görülən tədbirlərdən, bu sahəyə dövlət dəstəyindən irəli gəlir.
Prezident İlham Əliyev son illərdə pambıqçılıq sahəsinə xüsusi diqqət göstərildiyini, yeni texnikaların alındığını, dövlət proqramının qəbul olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Prezidenti qeyd edib ki, son 3 ildə 15 min 700 texnika alınıb, bu isə pambığın 87 faizinin texnika ilə yığılmasına imkan verib, suvarma tədbirləri görülüb, fermerlərə güzəştli kreditlər, istehsalçılara subsidiyalar verilib, pambıqtəmizləmə zavodlarında yenidənqurma işləri aparılıb, pambığın satınalma qiymətləri artırılıb: “Hazırda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan əməyə cəlb olunub”.//Apa.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR