Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bakı-Quba yolunda ağır qəza: İti vurmamaq üçün manevr etdi - Yaralılar var

Bakı-Quba yolunda ağır qəza: İti vurmamaq üçün manevr etdi - Yaralılar var

Tarix: 20-12-2019, 15:13

Bakı-Quba yolunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediabiz.az xəbər verir ki, Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı yola çıxan iti vurmamaq üçün manevr etmək istəyən avtomobil aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 1938-ci il təvəllüdlü Süleymanov Bəylər İsgəndər oğlu, 1964-cü il təvəllüdlü Məmmədov Xayman Qoçəli oğlu, 1960-cı il təvəllüdlü Eyvazov Füzuli Balağa oğlu, 1958-ci il təvəllüdlü Hüseynov Hüseynağa Mirhüseyn oğlu və 1988-ci il təvəllüdlü Zeynalov İlqar Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR