Son Xəbər: Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub, Bir qrup diplomata diplomatik rütbələr verilib, Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub, Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib, Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb, İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək, Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər,

Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur

Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur

Tarix: 6-03-2021, 10:00

 Bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlmişdir. Bunun üçün Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Öz torpaqlarına qayıdan sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün proqramlar hazırlanmaqdadır. Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı yeni məşğulluq növlərinin yaradlılması da dövlət tərəfindən hazırlanan planların tərkib hissəsidir.
Ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə olunmuş torpaqların reabilitasiyası üzrə tədbirlərə artıq başlanıb və hətta 7 min ha sahədə dənli bitkilərin əkilməsi də həyata keçirilmişdir. Lakin torpaqların böyük bir qisminin minalardan təmizlənməsi gələcəkdə yüz min hektarlarla ərazinin əhalinin istifadəsinə verilməsinə şərait yaradacaq. Azad olunmuş ərazilərin yaxın gələcəkdə ölkənin iqtisadi fəaliyyət dövriyyəsinə cəlb edilməsi, bir tərəfdən yeni iş yerlərinin açılmasına və digər tərəfdən ümumdaxili məhsulun həcminin kifayət qədər artmasına imkan verəcək.Qarabağın dilbər guşələri Kəlbəcər və Laçın turizm sənayesinin inkişafı üçün böyük potensiala malik bölgələrdir. Azərbaycanın və bütün türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində də öz təyinatına uyğun şəkildə geniş bərpa işləri həyata keçiriləcək. Şuşa öz gözəlliyi və əzəməti ilə dünyanın bütün bölgələrindən gələn turistləri yenidən heyran edəcək.
Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti mərhələyə - abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu və bir məqsədlə - işğal altında qalmış torpaqlarımızın azad olunması məqsədi ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşacaq.

Qarabağ Bizimdir!
Qarabağ Azərbaycandır!

Təhmasib Məcidli
Masallı Dövlət Rəsm Qalereyasının direktor əvəzi




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR