Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq

DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq

Tarix: 6-03-2021, 17:52

Daxili İşlər Nazirliyi Bakıda bir qrup qadının 8 Mart Beynəlxalq Qadınlar günündə yürüşə hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib ki, yürüşün paytaxtın Fəvvarələr meydanından başlayaraq Azad qadın heykəlinə kimi keçirilməsi, “8 marş – Haqlarımız uğrunda!” şüarının səsləndirilməsi nəzərdə tutulub.

"Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyaya icazə verilmir. Xüsusən xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır. Əgər bu istiqamətdə hər hansı addım atılarsa, polis bunun qarşısını alacaq”, - deyə E.Zahidov bildirib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti də yürüşün keçirilməsinə razılıq verməyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR