Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycanda toyda faciə: Həkimi döydülər, təcili yardım maşınına isə...

Azərbaycanda toyda faciə: Həkimi döydülər, təcili yardım maşınına isə...

Tarix: 21-12-2019, 10:57

Lənkəran şəhərində döyülmə hadisəsi baş verib.

Report xəbər verir ki, şəhərdə yerləşən şadlıq saraylarından birində 60 yaşlı Axundova Xeyrannisə Cəlil qızının qəfil halı pisləşib. Ona tibbi yardım göstərilməsi üçün təcili yardım çağırılıb.

Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Həsənov Vüsal Fayaz oğlu, xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən döyülüb. Həkim baş və üz nahiyələrindən xəsarət alıb. O, kəllə-beyin travması alaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Təcili yardım maşınına da ziyan vurulub. Xəstənin ürək tutmasından keçindiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR