Son Xəbər: Tahir Gözəl: "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq", Ağdamda itkin düşən șəxs axtarılır, Putin sabah Qazaxıstana gedir, AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib, Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib, Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ, Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir, Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər, "Qarabağ" - "Lion": Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli - ARAŞDIRMA, 3 nəfər dönərdən ZƏHƏRLƏNDİ,

“Dedim ki, biləyimdəki o saatı açın, qolum heç oldu...” - Rayon prokuroru qol saatını qaziyə bağışladı - FOTOLAR

“Dedim ki, biləyimdəki o saatı açın, qolum heç oldu...” - Rayon prokuroru qol saatını qaziyə bağışladı - FOTOLAR

Tarix: 11-03-2021, 10:30


Bu gün, 10 mart 2021-cil tarixində Qusar rayonunda, İkinci Vətən Müharibəsi ilə görüşdə çox təsirli, çox kövrək, çox duyğulu, çox kövrək anlar yaşanıb.
Belə ki, Qusar rayon prokuroru, baş ədliyyə müşaviri Elxan Əbdürrəhimov, rayon prokurorluğunun müstəntiqi Rahim Zülbalayev, prokurorluğunun digər əməkdaşları Aqil Hüseynov, Ramin Məhsimovdan ibarət nümayəndələr saat 12 radələrində, həm də Novruz bayramı ərəfəsində rayonun Atluxan kəndində yaşayan İkinci Vətən Müharibəsi iştirakçısı, Qazi, 29.08.1998-ci il təvəllüdlü Abıyev İlkin Elxan oğlu ilə onun evində görüş keçiriblər.
Qazi İlkin Abıyev Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının N saylı hərbi hissəsinin çavuşu kimi MAXE-hərbçi, həmçinin, 27.09.2020-ci il tarixdə 44 günlük İkinci Vətən müharibəsinin ilk gündən iştirakçısı olub.
Qazimiz cəbhənin Füzuli, Hadrut, Şuşa istiqamətlərində gedən hərbi döyüşlərdə iştirak edib.
Müharibənin başa çatmasına cəmi 4 gün qalmış, 04.11.2020-ci il tarixində Şuşa yaxınlığında minaya düşməsi nəticəsində sol qolunu itirib.
Görüş zamanı rayon prokuroru Elxan Əbdürrəhimov Şəhid ailələri və Qazilərə dövlət qayğısından danışaraq, onların daim diqqət mərkəzində olacaqlarını, ehtiyacı olan bütün Qazilərə dövlət tərəfindən daima lazımi kömək göstəriləcəyini nəzərinə çatdırib.
Gprüşdə həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 25.02.2021-ci il tarixdə Bakı şəhəri, Ramana qəsəbəsində açılışı olmuş yaşayış kompleksində Şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışından iqtibaslar gətirərək, dövlət başçısı tərəfindən cari ilin yanvar ayında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox Şəhid ailəsi və müharibə əlilinin mənzil, fərdi evlə təmin ediləcəkləri, Qazilərə tibbi yardım göstərilməsi üçün Bakı şəhəri, Şağan qəsəbəsindəki reabilitasiya mərkəzinin fəaliyyət göstərəcəyi, orada minlərlə Qazinin hər il müalicə alacağı, reabilitasiya kursu keçəcəyi və öz sağlamlıqlarını bərpa edəcəyi haqqında məlumat verilib.
Daha sonra müharibə dövründə əlini, qolunu itirmiş Qazilərimiz üçün də ən müasir protezlərin xarici dövlətlərə sifariş verildiyi, Qazilərimizin bu cür protezlərlə təmin ediləcəyi, artıq bir çox qazilərimizin belə protezlərlə təmin edildiyi və onların normal həyata qayıtdığı söylənilib.
“Bizim hərbçilərimiz, Şəhidlik zirvəsinə ucalaraq öz vətəndaşlıq borclarını şərəflə yerinə yetiribllər, çoxsaylı əsgərlərimiz, zabitlərimiz müxtəlif dövlət orden və medalları ilə təltif ediliblər- deyə görüşdən sonra bildirilib.
Qeyd etdiyimiz kimi, görüş zamanı maraqlı, duyğulu anlar yaşanıb.
Belə ki, Qazi İlkin Abıyev çox böyük ruh yüksəkliyi ilə müharibədə keçdiyi döyüş yolundan, Ali Baş Komandan İlham Əliyevin ətrafında müsəlləh əsgər kimi səfərbər olaraq keçdikləri rəşadətli döyüşlər barədə danışarkən Şuşa şəhəri ətrafında gedən döyüşlərdə gözləmədiyi halda qəflətən minaya düşdüyünü və sol qolunu itirdiyini bildirib.
Qazi İlkin Abıyev həmin anı belə xatırlayıb:
“Şuşa şəhəri ətrafında döyüşlərdə qəflətən minaya düşdüm, həmin an sol qolumun hara düşdüyünü tapa bilmədik. Döyüşçü yoldaşlarım dərhal mənə ilkin tibbi yardım göstərərək qanaxma olmaması üçün qolumun qopan yerindən sarımağa başladılar. Mən isə dedim ki, heç olmasa, qopub düşən qolumu tapın, biləyimdəki o saatı açın, qolum heç oldu, heç olmasa, saatı açın götürün. Saatı min cür əziyyətlə almışam, həmin saatı müharibədən bir neçə ay əvvəl Türkiyə Cümhuriyyətində xidməti təlimdə olarkən pulumu sıxışdırıb almışdım. Lakin nə qolumu, nə də saatı tapa bilmədik”.
Bundan sonra rayon prokuroru Elxan Əbdürrəhimov öz qolundakı saatı qolundan açaraq qazi İlkin Abıyevə hədiyyə kimi təqdim edib və saatı onun sağ qoluna bağlayıb.
Bu anlar həm Qazinin, həm onun ailə üzvlərinin, həm də görüşdə iştirak edənlərin hamısında çox duyğulu və xoş hisslər yaradıb.
Qazi İ.Abıyev bildirib ki, bu saatı xatirə olaraq həmişə özündə saxlayacaq.
   
img img




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR