Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

2020-ci ildə əmək haqqı və pensiyalar artırılacaq-Deputatdan AÇIQLAMA

2020-ci ildə əmək haqqı və pensiyalar artırılacaq-Deputatdan AÇIQLAMA

Tarix: 21-12-2019, 16:39

Azərbaycanın 2020-ci il dövlət büdcəsi layihəsinə görə, orta aylıq əmək haqqı 2019-cu ildəki göstəricilərlə müqayisədə 15,5 faiz artmalıdır. 2020-ci ildə əmək haqqları və pensiya artırılacaqmı?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, 2020-ci ilin büdcəsi cənab prezident tərəfindən təsdiqlənib: "Büdcəmiz sosial yönümlülüyünü yenə qoruyub saxlayır. Sosial layihələrin həyata keçirilməsi üçün 2.08 milyard manat vəsait proqnozlaşdırılır. Bu da o deməkdir ki, 2020-ci ildə əmək haqqları, təqaüdlər və pensiyalar artırılacaq. Eyni zamanda burada inflyasiya nəzərə alınıb. 4.6 faiz inflyasiya proqnozlaşdırılır. Bu inflyasiya da əmək haqqlarının kompensasiya olunmasını təmin edəcək. Bütövlükdə 2020-ci ilin büdcəsi sosial yönümlüdür. Əmək haqqlarının artırılması və sosial tədbirlərin keçirilməsi ilə yanaşı investisiya xərcləri də burada öz əksini tapıb. Yəni, 4.9 milyard investisiya xərcləri burada proqnozlaşdırılıb".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR