Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Axtarışda olan azərbaycanlı hərbçi Rusiyada tutuldu

Axtarışda olan azərbaycanlı hərbçi Rusiyada tutuldu

Tarix: 21-12-2019, 17:07

Volqoqrad polisinin cinayət-axtarış şöbəsinin əməkdaşları həmkarlarına münasibətdə vəzifə səlahiyyətlərini aşmaqda və onlardan pul tələb etməkdə şübhəli bilinən axtarışda olan azərbaycanlı hərbçini saxlayıblar.

TASS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti informasiya yayıb.
“Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları Azərbaycan Respublikasından olan həmkarlarına kömək edərək, axtarışda olan xarici dövlətin hərbi qulluqçusunu müəyyən edərək saxlayıblar.
Dekabrın 20-də sözügedən şəxs qohumlarının yanında gizləndiyi Volqoqradın Dzerjinski rayonunda polis tərəfindən saxlanılıb”, - qurumun mətbuat xidməti bildirib.
Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, saxlanılan şəxs Azərbaycana ekstradisiya olunması üçün prokurorluq orqanlarına təhvil verilib. (oxu.az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR