Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

“Mənəvi Birlik günü” adlı tədbir təşkil olundu.

“Mənəvi Birlik günü” adlı tədbir təşkil olundu.

Tarix: 21-12-2019, 11:30


20 dekabr 2019-cu il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə “Mənəvi Birlik günü” adlı tədbir təşkil olundu. Tədbir Məcburi köçkün uşaqları üçün təşkil olundu.


Tədbirin təşkilatçıları Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyin sədri İradə Əlili , Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin ictima əlaqələr şöbəsinin rəhbəri və eyni zamanda "Sübhan  Sosial İctimai Problemlər Həllinə Yardım"  İctimai Birliyinin  sədri Gülnarə Hüseynovanın, Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı və  Ə. Paşayev adına Mədəniyyət evidir
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayır. Aparıcı tədbir iştirakçıklarını salamlayıb bildirdi ki, 31 dekabr -  Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
Xalqımız,eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Qonaqlar çıxış etdikdən sonra  tədbirə qatılan bayram atributları Şaxta baba və qar qız, eləcə də nağıl qəhrəmanları şənliyi daha da rövnəqləndiriblər. Tədbirə dəvət olunan gənc xanəndə və estirada  müğənniləri rəngarəng musiqi nömrələri ifa etdilər.
Sonra uşaqlar şeir söyləyib, mahnı oxuyub, rəqs edib, müxtəlif əyləncəli oyunlar keçiriblər. Qaliblərə Şaxta baba tərəfindən hədiyyələr təqdim olunub. Uşaqlar bayram atributlarl ilə şən musiqi sədaları aıtında rəqs ediblər.
Sonda tədbirin təşkilatçıları bayram münasibəti ilə tədbirdə iştirak edənləri təbrik etdilər.









RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR