Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Dünya çempionumuz Çində “Super Model” seçildi

Dünya çempionumuz Çində “Super Model” seçildi

Tarix: 21-12-2019, 22:08


Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulub.  

Oxu.Az xəbər verir ki, turnirin ardından qala gecə təşkil olunub.

Gecədə müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib. Komandamızın üzvlərindən biri də onlar arasında yer alıb.  


Belə ki, millimizin üzvü Milad Beiqi Harçeqani kişi taekvondoçular arasında “Super Model” adına layiq görülüb.  

Qeyd edək ki, Radik İsayev və Milad Beiqi Harçeqaninin qatıldığı yarışda sonuncu dördüncü olub.  

O, ilk döyüşdə çinli Tuersun Mayerdanı, ardından yaponiyalı Hidenori İbatanı məğlub etsə də, yarımfinalda koreyalı Hvan Nam-Qonqa məğlub olub.  

Daha sonra Olimpiya mükafatçımız, ikiqat dünya və Avropa çempionumuz üçüncü yer uğrunda Özbəkistan təmsilçisi Nikita Rafaloviçlə döyüşdən də məğlub ayrılıb.  

Olimpiya çempionumuz Radik İsayev isə çinli Jao Sindoya qalib gəlsə də, növbəti mərhələdə britaniyalı idmançı Məhəmməd Çoya məğlub olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR