Son Xəbər: Sabah Yevlaxın bir hissəsində qaz kəsiləcək, İsrail Müdafiə Qüvvələri Suriya sərhədində xaosa hazır olmadığını bildirib, Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub, Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir, Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib, Qurbanqulu Berdiməhəmmədov İƏT-in Zirvə görüşünün Xankəndidə uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Rusiya FHN: Mi-8 helikopterinin qəzaya uğradığı yerdən 5 nəfərin meyiti tapılıb - YENİLƏNİB, Ermənistan Prezidenti ətraf mühit nazirini vəzifəsindən azad edib, İstanbulda atışma olub, yaralananlar var, Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB,

Valideynlərin DİQQƏTİNƏ: Uşaqlara hədiyyə qutuları alarkən ...

Valideynlərin DİQQƏTİNƏ: Uşaqlara hədiyyə qutuları alarkən ...

Tarix: 21-12-2019, 22:11

Yeni ilin simvollarından biri də xüsusi hazırlanmış hədiyyə qutularıdır. Içində adətən şirniyyat olan bu qutular uşaqlara hədiyyə etmək üçün hazırlanır. Elə bu səbəbdəndir ki, valideynlər bu məsələdə xüsusi həssaslıq nümayiş etdirirlər. Uşaqlarını keyfiyyətsiz qidadan qorumaq üçün qutuları boş aldıb içini özləri doldururlar.
Söhbət Yeni il üçün xüsusi hazırlanmış hədiyyə qutularından gedir. Son vaxtlar alıcılar hazır sovqat qutuları almaqdansa, boş qutu alıb onu özləri doldurmağa üstünlük verirlər.. Çünki vətəndaşlar hazır qutuların içinə qoyulan ərzaqların keyfiyyətinə güvənmirlər.
Bu hədiyyələr əsasən uşaqlar üçün alındığından valideynlər qutunun içərisindəki ərzaqların keyfiyyətindən əmin olmaq istəyirlər. Xüsusilə də vaxtı ötmüş və ya keyfiyyətsiz şirniyyatlarla doldurulmuş qutular valdeynləri narahat edir. Elə alıcılar da valideynlərin bu narahatlıqlarını etiraf edirlər.
"Yeni Sabah" xəbər verir ki, qida eksperti İsa Əliyev də bu məsələnin uşaqların sağlamlıqları baxımından önəmli olduğunu deyir. Onun sözlərinə görə, valideynlər hazır qutuların al-əlvan qablaşdırmasına aldanmamalıdırlar. Üstəlik, un məmulutları ilə doldurulmuş hədiyyə qutuları daha çox risk daşıyır. Çünki un məhsulları nəmişliyi daha çox çəkir. İsa Əliyev deyir ki, əgər valideynlər özləri belə bir qutunu hazırlamağa vaxt tapmırlarsa, aldıqları qutunun eyni firma tərəfindən doldurulmasına diqqət etməlidirlər.
Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, istehlakçılar bilməlidirlər ki, qutuların üzərində qeyd olunan tarix qutunun qablaşdırma tarixidir və içindəki məhsula aidiyyəti yoxdur. Ona görə də bu qutuları alarkən, içərisindəki qida məhsulunun çeşidindən asılı olaraq, onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi və qida dəyəri kimi məlumatlara diqqət yetirilməlidir. 

Yenisabah.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR