Son Xəbər: "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar, İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək, Zakir Həsənov Pakistana başsağlığı verib, Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək, Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb, Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq, Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb, 23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH, Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM, İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb,

Zeytunu belə rəngləyirlər - Sağlamlığımızı "qaraldanlara" - DİQQƏT!

Zeytunu belə rəngləyirlər - Sağlamlığımızı "qaraldanlara" - DİQQƏT!

Tarix: 21-12-2019, 22:14

Son zamanlar bir çox məhsullar fırıldaçılar tərəfindən ziyanlı şəkildə istehsal olunaraq kütləyə təqdim edilir. Belə ki, rənglənmiş saxta məhsullar, qeyri-sağlam yetişdirilən meyvə-tərəvəz, süni düyü və s. kimi qidaları təbii məhsullardan fərqləndirmək çətin məsələyə çevrilib.

Medicina.az bildirir ki, belə qidaların sırasına zeytun da qoşulub. Araşdırmalar göstərir ki, zeytun, qida terrorçularının yeni hədəfidir. Onlar zeytunu tez satışa çıxarmaq üçün müxtəlif hiylələrə əl atırlar. Zeytunları metal və dəmir paslı mismarlar, hətta ayaqqabı boyası ilə rəngləyən bu terroristlərin istifadə etdiyi bir çox üsullar var.

Türkiyəli mütəxəssislər bildiri ki, sən demə zeytunlar ayaqqabı boyası ilə rənglənirmiş. Zeytun hazırlanarkən hovuzların içinə boş qutular atılır. Həmçinin oraya ayaqqabı boyası əlavə edilir.Daha sonra zeytunu ora əlavə edib rəngləyirlər. Zeytunu daha tez qaraltmaq və hazır etmək üçün ona kimyəvi maddələrdə vururlur. Bu isə insan sağlamlığı üçün olduqca zərərlidir.

Araşdırmalar zamanı məlum olub ki, hətta son zamanlar rənglənmələrdə metaldan da istifadə olunur. Bəs zeytun hansı rəngdə olmalıdır?

Əslində yalnış olan bir fikir var ki, bu da insanlarda qara zeytunun çox tünd qara olmalıdır düşüncəsidir. Amma sağlıqlı zeytun qəhvəyi rəng yaxudda qaraya çalan rəng tonunda olmalıdır. Onun tumu da çox qara olmamalıdır.

Mütəxəssislər zeytun alarkən diqqətli olmaöa və sağlam məhsul yeməyi məsləhət görür. Yaxşı olar ki, onu orginallığına əmin olduğunuz yerlərdən alıb qida rasionunuza əlavə edəsiniz.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR