Son Xəbər: Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib, Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ, Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir, Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM, Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ, Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib, Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL, Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB, Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq, DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub,

Şeyx çağırış edib: “Siz də bu xalqın, torpağın oğlusunuz”

Şeyx çağırış edib: “Siz də bu xalqın, torpağın oğlusunuz”

Tarix: 16-03-2021, 19:35


“Bəzi insanlar içimizdə olan mənəvi boşluqdan istifadə edərək zəfərə müəyyən ləkələr salmağa çalışırlar. Xalqımız birləşərək Qarabağ müharibəsini qələbə ilə başa vurdu. Gələcəyin bərpası, eləcə də Azərbaycanın bütövlüyü və birliyi nəinki xaricdə, həmçinin ölkə daxilində davam etməlidir”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Real TV”yə müsahibəsində deyib.

“Gizli deyil ki, bəzi qüvvələr ölkə daxilində və ya xaricində qələbəni qəbul edə bilmir, dövlət başçısının apardığı bu siyasətə bəzən qiymət verə bilmir. Onlara çağırış edərdim ki, siz də bu xalqın, torpağın oğlusunuz. Onların qardaşları, oğulları torpaq uğrunda qan töküb. Bu torpağı birlikdə qorumalıyıq. Dəvət edirəm ki, vətəni sevib qorumağı bacarsınlar. Elə məqamlar var ki, təhlükəsizliyimizə zərər verir, bu şeylərə qoşulmasınlar. İnsanlarda səhv ola bilər, ancaq vətənə qarşı təhlükəli sözlərin deyilməsinə və xarici qüvvələrin istifadəsinə imkan yaratmasınlar. Bunları tövsiyə edirəm”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR