Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Siyasi partiyaların rəhbərləri Ağdamda ermənilərin dağıtdıqları Şəhidlər xiyabanını ziyarət ediblər

Siyasi partiyaların rəhbərləri Ağdamda ermənilərin dağıtdıqları Şəhidlər xiyabanını ziyarət ediblər

Tarix: 17-03-2021, 14:36


Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, siyasi partiyaların rəhbərləri və bir sıra politoloqlar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədirlər.

Siyasi partiya rəhbərləri və politoloqlar əvvəlcə rayonun Yuxarı Qərvənd kəndində Kümbəz restoranının hazırkı vəziyyəti ilə tanış olub, Uzundərə ərazisində yerləşən, işğal zamanı erməni vandallarının dağıtdıqları İkinci Şəhidlər xiyabanının dağıntılarına baxıblar.

Bildirilib ki, vaxtilə burada 1000-dən çox şəhid dəfn edilib. Lakin indi həmin məzarlıqdan əsər-əlamət qalmayıb.

Yolboyu hərbi istehkamların olduğu ərazilərlə tanış olan səfər iştirakçılarına həmin qurğuların mürəkkəbliyi barədə məlumat verilib.

Qeyd edək ki, nümayəndə heyətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR