Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bakıda kütləvi dava - Bıçaqlananlar var

Bakıda kütləvi dava - Bıçaqlananlar var

Tarix: 23-12-2019, 15:03

Bakının Sabunçu rayonu ərazisində kütləvi davanı törətməkdə şübhəli bilinən şəxslərdən ikisi saxlanılıb.

Mediabiz.az xəbər verir ki, bu barədə "oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Operativ axtarış tədbirləri nəticəsində 19-cu polis bölməsinin əməkdaşları şübhəliləri saxlayıblar. Onlardan biri daha əvvəl "xuliqanlıq” maddəsi ilə məhkum olunmuş 26 yaşlı Yevlax rayon sakini Məmmədov Şəmistan Elman oğlu, o biri isə, 25 yaşlı Bakı sakini Əhmədov Vasif Əli oğlu olub.

Hazırda davada iştirak edən digər şəxslərin tapılması üçün axtarışlar davam edir.

Hələlik hadisənin səbəbi məlum deyil.

Qeyd edək ki, Ramana qəsəbəsində dekabrın 22-si saat 18:40 radələrində bir neçə şəxsin iştirakı ilə dava baş verib.

Nəticədə, 28 yaşlı Zərdab rayon sakini Xəlilzadə Murad Məzahir oğlu sinə nahiyəsindən, 31 yaşlı Bakı sakini Vəliyev Əli Cəmil oğlu kürəyindən iki yarası alıb.Digər zərərçəkən isə 35 yaşlı Qubadlı rayon sakini Rzayev Vüsal Zöhrab oğludur.

Zərərçəkənlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. M.Xəlilzadə və Ə.Vəliyevin vəziyyətlərinin ağır olduğu bildirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR