Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

Barselonada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib

Barselonada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib

Tarix: 23-12-2019, 15:39

İspaniyanın Barselona şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Diasporuna Dəstək Fondu”nun dəstəyi və “Azerbaijani Society in Barcelona”nın (ASB) təşkilatçılığı ilə reallaşan tədbirdə əsasən Kataloniyada yaşayan azərbaycanlılar və həmçinin ölkəmizin xarici dostları iştirak edib.
Tədbiri giriş nitqi ilə açan ASB sədri Kərim Kərimov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra tədbirdə ASB tərəfindən 2019-cu il üzrə həyata keçirilmiş tədbir və fəaliyyətləri özündə əks etdirən hesabat xarakterli videoçarx nümayiş etdirilib.
Tədbirdə iştirak edən azyaşlı həmyerlilərimizə bayram hədiyyələri təqdim olunub. Yeni illə bağlı keçirilən bayram lotereyası isə iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR