Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

"SOCAR Georgia Petroleum" yeni multifunksional kompleks açıb

"SOCAR Georgia Petroleum" yeni multifunksional kompleks açıb

Tarix: 23-12-2019, 18:29

Bu gün Gürcüstanın Tbilisi-Sebaki-Leselidze sürət magistralında, Tercola şəhərinin yaxınlığında "SOCAR Georgia Petroleum"un yeni multifunksional kompleksinin təntənəli açılış mərasimi baş tutub.
"Report" xəbər verir ki, açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Maya Tsitişvili, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava iştirak ediblər. İştirak edənlər arasında həmçinin Gürcüstan hökumətinin digər nümayəndələri və SOCAR rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və KİV nümayəndələri də olub.
Açılış nitqi ilə "SOCAR Georgia Petroleum" şirkətinin direktoru Levan Giorgadze çıxış edib. Təntənəli açılışdan sonra qonaqlar üçün kompleksdə ekskursiya təşkil edilib.
Yeni multifunksional kompleksə avtomobillərin yanacaq doldurulma stansiyasından başqa, oyun avtomatlarının olduğu uşaq əyləncə zonası, "Way Mart" kafe-market, "Dunkin Donuts" və "Wendy’s" iaşə obyektləri, "GPC" aptek şəbəkəsi, "Khareba" mağazası da daxildir. Həmçinin, kompleksin ərazisində elektromobillərin enerji ilə doldurulması üçün cihazlar quraşdırılıb.
Bu, "SOCAR Georgia Petroleum"un sayca üçüncü multifunksional kompleksidir. İlk belə bir kompleks Urbnisi (Qori avtobanı), ikincisi isə Rustavi şəhərində yerləşir.
SOCAR fəaliyyət göstərdiyi müxtəlif ölkələrdə yanacaqdoldurma məntəqələri şəbəkəsinin əməliyyatçısı olmaqla müştərilərə keyfiyyətli xidmət göstərilməsini hədəfləyir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR