Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Özünü avtomobilin altına atan qadının şəxsiyyəti müəyyən edilib - VİDEO

Özünü avtomobilin altına atan qadının şəxsiyyəti müəyyən edilib - VİDEO

Tarix: 24-03-2021, 17:31

 

Avtomobil yoluna çıxaraq, qəza görüntüsü yaradan naməlum qadının şəxsiyyəti müəyyən olunub.

DİN Mətbuat Xidmətindən  verilən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, rayonun “Gənclər şəhərciyi”də yaşayan 30 yaşlı qadın martın 23-də sağlamlığında yaranan psixi pozğunluqla əlaqədar evdən qaçarkən avtomobil yolunda müvazinətini itirərək yerə yıxılıb.

Görüntüdə onu təqib edən şəxslər isə onun ailə üzvləri olub. Qadın dərhal xəstəxanaya çatdırılaraq, ilkin tibbi yardım göstərilib.

O da məlum olub ki, qadının əməlində hər hansı qəsd yoxdur, əvvəllər onunla bağlı bu və ya digər formada polis orqanlarına hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Qadın ailəlidir.

Hazırda Abşeron RPİ Mehdiabad Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.
[media=https://youtu.be/5wrgjKO6Z7U]




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR