Son Xəbər: Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək,

Sülh, yoxsa müharibə? İndi seçim Ermənistanındır – AÇIQLAMA

Sülh, yoxsa müharibə? İndi seçim Ermənistanındır – AÇIQLAMA

Tarix: 24-03-2021, 23:56


İkinci Qarabağ müharibəsi bitsə də, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb.

Məlum olduğu kimi, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş naziri müharibənin bitməsi ilə bağlı üçtərəfli bəyanat imzalayıb ki, orada tərəflərin bir sıra şərtləri öz əksini tapıb.

Amma Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir və məğlub ölkədə Baş nazirin imzaladığı sənədi heç də bütün qüvvələr qəbul etmək istəmirlər. Digər tərəfdən isə bəyanatda öz əksini tapan nəqliyyat əlaqələrinin bərpa edilməsi ilə bağlı məsələ də hələ ki, həllini tapmayıb.


Sülh müqaviləsinin mövcud olmaması yenidən müharibənin başlanması ilə bağlı ehtimalları artırırmı?

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə  açıqlamasında bildirib ki, Ermənistan Qarabağ müharibəsində Azərbaycanın uğurlu qələbəsini rəsmiləşdirən 10 noyabr Bəyannaməsində nəzərdə tutulan öhdəliklərin bir neçə bəndinə əməl etmir:

“Bütövlükdə sülh prosesinə aparan məlum bəyannamədəki bəndləri rəsmi Yerevan tam yerinə yetirəcəksə, sülh müqaviləsinin bağlanması mümkündür. Burada kommunikasiyaların açılması və Ermənistan silhahlı qüvvələrinin Qarabağdan çıxarılması ən başlıca motivdir. Hələlik rəsmi Yerevan tələsmir. Amma biz Paşinyanın acıqlamalarında müəyyən ziddiyyətlər görsək də muharibənin əleyhinə və sülhün əldə edilməsi istiqamətində erməni cəmiyyətinə mesajlar verir.

Hesab edirəm ki, Paşinyan hakimiyyətdə qalsa və öhdəliklərin yerinə yetirilməsini reallaşdıra bilsə, sülh müqaviləsi olacaq. Amma revanşistlər hakmiyyəti qəsb etsə, təbii ki, muharibə gündəmə gələ bilər. Fikrimcə, bu Ermənistanın bir dövlət kimi məhvi və Rusiyanın quberniyasına çevrilməsi ilə nəticələnə bilər”.
Cebhe.info




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR