Son Xəbər: Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi, COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik əlaqələrinin müzakirəsi - Fotolar,

İNTERNETDƏ TƏHLÜKƏSİZLİK.

İNTERNETDƏ TƏHLÜKƏSİZLİK.

Tarix: 7-11-2019, 20:55

İnternetdə təhlükəsizlik

Ramin Musayev yazır...
İnternet və sosial şəbəkələr həyatımızın vacib hissəsinə çevrilib. Orada biz məlumat əldə edirik, dostlarla şəxsi məlumat və yenilikləri, fikirlərimizi bölüşürük. Bəziləri isə hətta sosial şəbəkələr hesabına gəlir əldə edir. Amma bu üstünlüklərlə yanaşı, sosial şəbəkələr təhlükə mənbəyi ola bilər.
Bir neçə həftə öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Kaspersky Laboratoriya” birlikdə internetdə uşaqların təhlükəsizliyi ilə bağlı mətbuat konfransı keçirdi.
Təqdimat zamanı Azərbaycanda keçirilmiş sorğuların nəticələri açıqlandı. İlk baxışda çox pozitiv görünürdü. Nəticələrə görə 70 faiz valideynlər uşaqların internetdə təhlükəsizliyinə diqqət yetirirlər. Amma bu sorğunu keçirən rusiyalı marketoloqlar bir şeyi bilmir ki, şərq ölkələrində suala neqativ və real cavab deyil, pozitiv cavaba üstünlük verirlər. Bunun səbəbləri haqqında əvvəlki məqalələrimdə yazmışdım. 
Sorğuda iştirak edən valideynlər isə təhlükəsizlik deyəndə, uşağa sosial şəbəkələrə qadağa, yaxud onların istifadəsini vaxt qismində məhdudlaşdırmaq kimi anlayırlar. Amma məsələ belə də sadə deyil.
Təqdimat zamanı müxtəlif sosial şəbəklərdəki real istifadəçilərin səhifələri göstərildi. Onlar hər bir şəxsi məlumatı açıq yazır, təhsil müəssisələrini, ev ünvanını, telefon nömrələrini, olduqları yerləri “teq” edirlər. Həmçinin bu məlumatlar ictimai olur, yəni dost olmadan bu məlumatları görmək və onlar vasitəsilə rahat əlaqə saxlamaq olar. Təhlükəsizlik deyərkən məhz bunlar nəzərdə tutulur.
Bu bir yana. Böyüklər, yəni valideynlər heç özləri də bu məlumatları gizlətmirlər. Yəni, heç özlərinin səhifələrinə nəzarət edə bilmirlər, o ki qaldı uşağın. Məsələn, Facebook şəbəkəsində, dostluq göndərən xanımların avatar şəkli, səhifəsindəki şəkillərin çox hissəsi uşaqlarının şəkli olur, həm də hər kəsə açıq formada. Başa düşürük, uşaqları ilə fəxr edir, yaxud həyat yoldaşı qısqanclıqdan öz şəklini qoymağa icazə vermir. Amma uşaqlarının şəkillərini açıq baxışa qoymaqla onları risk altına atır. Hələ üstəlik məktəblərinin şəkli, məlumatı da var. Onlar da hər kəsə əlçatandır. Heç olmasa sazlamanı dostlar üçün edin ki, kənar şəxslər görməsin. 
Sosial şəbəkələrdə “dost” olmadan da izləmək mümkündür. Bunun üçün "follow" etmək yetərlidir. Amma, dostların sayını artırmaq üçün kimə gəldi dostluq göndərilir, tanıdı, tanımadı. Bir şeyi də bilmək lazımdır ki, dostların sayı çox olduqca, onların hamısını görmək çətinləşir. Əgər, blogelik həvəsində deyilsənizsə, onda bunun mənası yoxdur.
Sosial şəbəkələr dostlarla məlumat bölüşmək, maraqlı məlumat almaq üçün, media və bloqları oxumaq üçün rahat vasitədir. Lakin rahatlıqla yanaşı, sosial şəbəkələr təhlükə qaynağı ola bilər.
Bəs bunun üçün nə edilir? Heç nə! Ona görə məktəblərdə, valideyn iclası zamanı valideynlər üçün xüsusi treninqlər etmək lazımdır. Bunu əlbəttə ki, müləllimlər edə bilməyəcək. Çünki, hətta məktəbdəki informatika müəlimlərinin heç özlərinin bunlardan xəbəri yoxdur. Uşaqlar belə onlardan çox bilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi birlikdə bu problem üzərində işləməlidir. Onların saytında belə məlumatlar yerləşdilib. Amma, nə qədər adam dövlət strukturlarının saytına keçib oxuyur? 
Bu problemi televiziya, radio və internet media resurslarında işıqlandırmaq lazımdır. Yollarda olan billbord lövhələrdə, işıqforların qarşısında yerləşdirilmiş monitorlarda yayımlamaq lazımdır. Yalnız geniş və hərtərəfli aparılan təşviqat öz bəhrəsini verə bilər. 
Elə bu gün özünüzün və uşaqlarınızın qadcetlərindəki təhlükəsizlik sazlamalarını yoxlayın və ayarlayın. Bilmirsinizsə, internetdə geniş məlumatlar var, oxuyun, öyrənin, tətbiq edin. Edin ki, sonradan başınıza döyməyəsiniz.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR