Son Xəbər: Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb, ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib, Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib, Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb, TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb, Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb, İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB, Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib, 600 bal toplayanların ən çoxu I qrupdadır,

"Yoluxma sayı bir az da artsa, sərt karantin qaçılmaz olacaq" Həkimdən AÇIQLAMA

"Yoluxma sayı bir az da artsa, sərt karantin qaçılmaz olacaq" Həkimdən AÇIQLAMA

Tarix: 26-03-2021, 10:33


"Covidlə bağlı vəziyyət bu dəfə daha ciddidir. Ehtiyatlı olaq".

Bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev öz feysbuk hesabında yazıb.

"Koronavirus daha sürətlə yayılır. Bildiyimiz müalicələrə demək olar ki, tabe olmur. Ağciyərləri daha çox zədələyir. İldırımsürətli ağırlaşma verə bilir. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur".

"Ən yaxşısı yoluxmamaqdır" deyən həkim bildirib ki, bunun üçün fiziki məsafə saxlamaq mütləqdir:

"Açıq havada ən azı 1 metr, qapalı məkanlarda isə 1,5 metr. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün geyinək. Burun və ağız nahiyəsini tam qapayaq. Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək. Əl ilə görüşməyək. Əl ilə görüşsək nə olacaq? Görüşməsək nə olacaq? Bu stereotiplərdən çıxaq. Bəziləri burnun qurtdalayır, dişlərin qurtdalayır, müxtəlif əşyalara, səthlərə əlinini vurur. Belə olmaz! Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaq, öpüşməməkdir bu aralarda... Əllərimizi tez-tez sabunlu su ilə yuyaq, ən azı 70%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya edək. Sıx toplaşmayaq və insanların sıx toplaşdığı məkanlardan uzaq duraq və digərlərini buna təşviq edək. Peyvənd edilənlər arasında da yeni ştama yoluxub ağır keçirənlər var. Yoluxma sayı günbə-gün artır. Mən sərt karantinin əleyhinəyəm. Amma yoluxma sayı biraz da artsa sərt karantin qaçılmaz olacaq. Sərt karantin istəmiriksə qorunmalıyıq. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR