Son Xəbər: Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib, Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib, Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ, Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir, Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM, Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ, Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib, Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL, Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB, Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq,

Azərbaycan Qarabağda əməliyyatlara hazırlaşır – ŞOK AÇIQLAMA

Azərbaycan Qarabağda əməliyyatlara hazırlaşır – ŞOK AÇIQLAMA

Tarix: 26-03-2021, 23:33

Azərbaycan Qarabağda əməliyyatlara hazırlaşır – ŞOK AÇIQLAMA

Azərbaycan Qarabağda terrorçulara qarşı əməliyyatlara başlamağa hazırlaşır:

Neçə gündür ki, Qarabağda yaşayan ermənilərin özləri üçün təsis etdikləri rejimin ikinci "dövlət" dili olaraq rus dilini seçməsi Azərbaycan sosial mediasında bomba effekti doğurub.

Bu istiqamətdə iki detal izah edilməlidir:

1. Bu Rusiyanın niyyətidir?

2. Yoxsa sırf Qarabağda can verən qondarma qurumun təmsilçilərinin?

3. Yaxud Azərbaycan tərəfinin məqsədli planı?

Şübhəsiz ki, böyük əksəriyyət, nəinki sosial media istifadəçiləri, hətta bizim şərhçilər belə tezislərini ilk iki versiya əsasında qururlar.

Məsələ burasındadır ki, 75 faiz işğal edilən ərazilərin aqibəti məlum olmamışdan qabaq, belə bir testi etmək daha rahat və ümidverici idi.

Hər kəs bilir ki, Azərbaycan tərəfi bu qələbələri Prezidentin, xalqın və ordunun, regional və qlobal dostların da yardımı ilə qazandı.

44 günün hekayəsi bütün arqumentləri ortadan qaldırmaqla yanaşı, sırf yeni reallıqlar doğurdu, həm də regionda aktorları, güc nisbətlərini dəyişdirdi.

Cəmi 25 faiz ərazinin aqibəti hələlik məlum olsa da, yurisdiksiyamizdan kənarda qalıb.

Bu situasiya hakimiyyət əleyhdarları daxil, kolonlar daxil, xarici əks - kəşfiyyat daxil, asimmetrik müharibə elementləri daxil hər kəsin "qida" yeridir.


Amma prosesin dinamikası, oyunçular, maraqlar təhlil edilmədən ictimai rəyi yönləndirənlər, bunun şərh edənlər nəticəyə təsir etməsələr də, ciddi şəkildə daxili təzyiq yarada bilirlər.

Azərbaycan nə edir?

1. Ordu hazırlığını artırır;

2. Müttəfiqlərlə münasibətlər gücləndirilir;

3. Silahlanır;

4. Qarabağa ermənilərin təxribatlarına imkan yaradaraq onları və himayədarlarını növbəti dəfə qlobal səviyyədə günahkar durumuna düşürür.

5. Əməliyyatlar üçün ideal imkan inşa edir;

6. Dünyada gedən proseslərin ən vacib anını gözləyir - ABŞ - Rusiya münasibətləri, AB ilə baş verən hadisələr, İranla yaşananlar və Çin - Britaniya baxışının modifikasiya edilməsi;

7. Nəhayət, yeni dünya nizamı - Atlantik məkan ənənəvi Şərqə qarşı toqquşmalar fonunda daha böyük coğrafiyaya (təkcə fiziki deyil) sahib olmaq;

Qarabağ hazırda gedən proseslər kartasinin sadəcə bir meredianidir. Azərbaycan isə kiçik və bir saat qurşağında "yerləşmir", hədəflər də böyükdür, məqsədlər də.

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR