Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Bakıda restoranda zəhərlənmə olub - Ölən var

Bakıda restoranda zəhərlənmə olub - Ölən var

Tarix: 24-12-2019, 12:47

Bakıda restoranda zəhərlənmə faktı qeydə alınıb.
Mediabiz.az-ın məlumatına görə,  ötən gün şəhər sakini Bayramov Sərxan Niyazi oğlunun zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəxanada ölməsi barədə daxil olan məlumat əsasında Nərimanov rayon Prokurorluğunun, rayon Polis İdarəsinin əməkdaşları və tibbi ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
Araşdırmalar zamanı məlum olub ki, S.Bayramov qohumu Cəlal Həmzəyevlə birlikdə bir neçə gün qabaq Nərimanov rayon ərazisində yerləşən “Baku Voice Rooms” restoranında, daha sonra Nəsimi rayon ərazisində “Baku City” restoranında müxtəlif spirtli içkilər və qida məhsulları qəbul ediblər. Daha sonra həmin şəxslər özlərini yaxşı hiss etmədikləri üçün xəstəxanaya müraciət ediblər. S.Bayramov müalicə aldığı Kliniki Tibbi Mərkəzdə ölüb, C.Həmzəyevin vəziyyəti isə ağırdır. 
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.//Apa.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR