Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

DİQQƏT: Karantin rejimi ilə bağlı vacib xəbər -Gələn aydan...

DİQQƏT: Karantin rejimi ilə bağlı vacib xəbər -Gələn aydan...

Tarix: 27-03-2021, 20:10

 
 


"Yoluxma sayı belə davam edərsə, aprel ayında rəqəmlərin artacağını təxmin edirəm. Hazırda xəstəxanalarda vəziyyət ilk iki dalğada olduğu kimi olmasa da, dalğa öncəsi mərhələdə olduğumuz dəqiqdir".

Bu sözləri Cərrahpaşa Universitetinin baş həkimi, professor Zekayi Kutlubay deyib. Həkim bildirib ki, mart ayından bəri xəstə sayında artım müşahidə olunur:

"Odur ki, bu yüksəlişin davam edəcəyi düşüncəsi narahatlığa səbəb olur. Yoluxma sayı ilə əlaqədar paralel olaraq xəstəxanaya müraciət edənlərin də sayı artmağa başlayıb. Yaxşı tərəfi odur ki, reanimasiyada COVID-19 xəstələri artmayıb. Gündəlik xəstə sayı və palataya yerləşdirilən xəstə sayı artmağa başlayarsa, reanimasiyaya ehtiyacı olanların sayı da yüksələcək. Qarşıdakı günlərdə belə bir təhlükə proqnozlaşdırılır".

Zekayi Kutlubayın sözlərinə görə, vəziyyət gərginləşərsə, karantin tədbirləri yenidən sərtləşdirilə bilər:

"Gündəlik yoluxma tendensiyası bu şəkildə davam edərsə, məhdudlaşdırıcı tədbirlər yay mövsümündə də davam edə bilər. Odur ki, bu versiyaya da hazırlıqlı olmalıyıq".

Publika.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR