Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Tarix: 24-12-2019, 13:55

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 
Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və Azərbaycan dövlətinin inkişafı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları yüksək səviyyədə mütəmadi olaraq keçirilən görüşləri və bu günlərdə Sankt-Peterburq şəhərindəki təmasları məmnunluqla xatırlayaraq strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduqlarını bildiriblər. Prezident İlham Əliyev və Prezident Vladimir Putin ölkələrimizin birgə həyata keçirdiyi mühüm layihələrin önəminə toxunaraq, bu gün Samur çayı üzərində yeni avtomobil körpüsünün açılışının genişmiqyaslı əməkdaşlığın dərinləşdirilməsi işinə böyük töhfə verəcəyini qeyd ediblər.//Apa.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR