Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Diplom ala bilməyən 3500-dən çox tələbənin işinə Ali Məhkəmədə baxılır - AÇIQLAMA

Diplom ala bilməyən 3500-dən çox tələbənin işinə Ali Məhkəmədə baxılır - AÇIQLAMA

Tarix: 30-03-2021, 12:01


Bakı İslam Universitetinə 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blanklarının verilməməsi ilə bağlı məsələ bir müddətdir cəmiyyətdə müzakirə olunur.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Oxu.Az-a açıqlamasında deyib ki, bu problem həmin dövrə qədər təhsil almış tələbələrin dövlət işinə qəbul edilməsinə, magistratura və doktorantura pilləsində təhsil almasına da müəyyən çətinliklər yaradır.
Təhsil Nazirliyi Bakı İslam Universitetinin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsini əsas gətirir.
Nazirlik bildirir ki, həmin ali təhsil ocağına tələbə qəbulu daxili müsahibə yolu ilə aparılıb.  
Məzunlara verilən diplom blanklarının Təhsil Nazirliyi tərəfindən təqdim edilməməsi, Attestasiya Komissiyasının sədrlərinin Təhsil Nazirliyi tərəfindən təyin edilməməsini əsas gətirir.
Bu səbəbdən 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir.
Deputat C.Məmmədov hesab edir ki, Təhsil Nazirliyinin mövqeyi qanunvericiliyə və konkret faktlara əsaslanır.
“Ancaq bu da reallıqdır ki, universitetin 3500-dən artıq məzunu öz diplomlarını təsdiqlədə bilmədiyindən yuxarıda qeyd etdiyim kimi dövlət qurumlarında çalışa və növbəti mərhələlərdə təhsillərini davam etdirə bilmirlər”, - deyə C.Məmmədov əlavə edib.  
O bildirib ki, problemlə bağlı ortaq məxrəcə gəlinərək həll yolu tapılmalıdır.
Millət vəkili təklif edib ki, tələbələrin işlərinə fərqli yanaşılması məsələsi də nəzərdən keçirilə bilər:
“Əgər hansısa neqativ hal varsa, o məsələyə fərdi yanaşıla bilər”.
Deputat bildirib ki, hazırkı mərhələdə məhkəmə yolu ilə həll variantı aktualdır və artıq məsələyə Ali Məhkəmədə baxılır.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR