Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Xalq artisti” fəxri adına layiq görülən Röya, Miri Yusif və Tünzalə medalla təltif olundu - VİDEO

“Xalq artisti” fəxri adına layiq görülən Röya, Miri Yusif və Tünzalə medalla təltif olundu - VİDEO

Tarix: 24-12-2019, 14:38

Dekabrın 21-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının estrada ifaçıları Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayevaya “Xalq artisti” fəxri medallarını təqdim edib.
“Xalq artisti” fəxri adına layiq görülən hər üç sənətçi bir araya gələrək onlara bu sevinci bəxş edən Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər:
Miri Yusif: “Hörmətli cənab Prezident, biz sizi təbrik edirik. Ad gününüz mübarək olsun. Allah Sizi qorusun!”
Röya Ayxan: “Sizə təşəkkürümüzü bildiririk. Öz ad gününüzdə bizi bu cür təbrik edib, dəyərləndirdiniz. Çox sağ olun!”
Tünzalə Ağayeva: “Hörmətli Cənab Prezident, biz sizi çox sevirik. Sizə cansağlığı arzu edirik. Biz, müasir musiqi nümayəndələri hər zaman Azərbaycan musiqisini ən gözəl şəkildə təmsil etmişik və sizin bizə verdiyiniz bu təltifdən sonra daha da həvəslənib, bol-bol işlər görməyə çalışacağıq. Allah Sizi qorusun!”

 [video=]




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR