Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Bəzi yollarda hərəkət məhdudlaşdırılır: Marşurutların hərəkəti dəyişdi

Bəzi yollarda hərəkət məhdudlaşdırılır: Marşurutların hərəkəti dəyişdi

Tarix: 31-03-2021, 12:58

Sabahdan bəzi marşrutların istiqaməti dəyişdirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, sabahdan aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin Vunqtau küçəsinin kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu səbəbdən M1, M2, M6 və 104  nömrəli marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti təşkil ediləcək.

Dəyişikliyə əsasən, M1, M2, M6 nömrəli ekspres marşrut üzrə avtobuslar “Həzi Aslanov” metro stansiyası istiqamətində Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

104  nömrəli müntəzəm marşrut üzrə avtobuslar “Həzi Aslanov” metro stansiyası istiqamətində Gəncə prospekti - Vunqtau küçəsi - Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR