Son Xəbər: DYP hava ilə bağlı müraciət edib, TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib, Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb, Bakıda qəza olub, motosikletçi ölüb, İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib, Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb, Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib, İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb,

Həkimdən xəbərdarlıq: “Koronavirus uşaqlarınızda fəsadlar yarada bilər” - VİDEO

Həkimdən xəbərdarlıq: “Koronavirus uşaqlarınızda fəsadlar yarada bilər” - VİDEO

Tarix: 1-04-2021, 10:35


Ümumdünya Səhiyyə Təşkilatının araşdırması zamanı 19 yaşdan aşağı uşaqlarda COVİD-19-a yoluxduqdan və ya koronavirus xəstələri ilə təmasda olduqdan 4-6 həftə sonrakı müddətdə ağır siptomları olan postcovıd sindromu müşahidə edilib.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim-pediatr Günay Rəsulova deyib.

O bildirib ki, uşaqlar bu infeksiyanı kifayət qədər ağır keçirib:

“Bu sindrom zamanı uşaqlarda günlərlə davam edən və düşmək bilməyən yüksək temperatur, eyni zamanda ürəkdə çox ciddi ürək damarları və qapaqlarının zədələnməsi ilə gedən kavasaki sindromuna bənzər vaskulit sindromunu gördük.

Həmin sindrom zamanı uşaqlarda bütün orqan və sistemlərdə zədələnmələr ola bilir. Yeni ştammın uşaqlarda yüksək hərarət, öskürək, pnevmaniya, qusma, ishal, səpkilər, əzələ ağrıları və s. halların yaratmasını müşahidə edirik”.

O həmçinin qeyd edib ki, əvvəlki dövrlərlə müqayisədə uşaqlar arasında yoluxma daha çox artsa da, ölüm halları çox az olub:

“Koronavirus keçirdikdən 4-6 həftə sonrakı müddətdə hərarətin yüksəlməsi, dərmanların qəbul edilməsinə rəğmən qızdırmanın düşməməsi, bütün orqan, sistemlərin zədələnməsi, ürək damarları və koronar arteriyanın zədələnməsi hallarına rast gəlirik. Bu zaman ürəkdə genişlənmə olur və infeksiyadan sonra fəsad da qala bilir. Gecikmiş vəziyyətlərdə müalicə uğurlu olmaya və uşaqların ürəyində fəsadlar qoya bilər”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR