Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

TƏBİB rəsmisi uşaqlar üçün çarpayılar ayrıldığını təsdiqlədi: “Ağır gedişat görürük”

TƏBİB rəsmisi uşaqlar üçün çarpayılar ayrıldığını təsdiqlədi: “Ağır gedişat görürük”

Tarix: 1-04-2021, 22:46


TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva uşaqlar arasında COVID-19-a yoluxma sayının artması, uşaqlar üçün çarpayılar ayrılması məsələsinə aydınlıq gətirib.

Y. Qarayeva APA-ya bildirib ki, COVID-19-un “Britaniya ştammı”nın yayılma sürəti yüksək olduğu üçün daha çox insanın bu virusa yoluxmasına səbəb olur: “Yoluxmalar arasında isə gözəçarpan qədər gənclər və uşaqlar ola bilər. Bu, ştammın xəstəlik törətmə deyil, yoluxdurma qabiliyyətindən ortaya gələn problemlərdir. Pandemiya başlayanda daha çox yaşlılarımız risk altında idi. 1 il ərzində isə məlum oldu ki, bu, sadəcə, yaşlılar arasında fəsadlar törətmir. Artıq orta yaşlılar və gənclər arasında çox ağır, fəsadlaşmış gedişat görürük, hətta itkilərimiz də var”.

Y.Qarayeva qeyd edib ki, rəqəmlərin artması statistik göstəricidir: “Bunların klinik gedişatla əlaqəsini göstərmək üçün mütləq araşdırma aparılmalıdır. Normal haldır ki, yoluxanların sayı artırsa, ağırlaşmaların və ölənlərin də sayı artır. Bunlar bir-biri ilə əlaqəli olaraq artan rəqəmlərdir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR