Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Bu şəxslərə icbari tibbi sığorta 3 illik pulsuz olacaq - Rəsmi

Bu şəxslərə icbari tibbi sığorta 3 illik pulsuz olacaq - Rəsmi

Tarix: 1-04-2021, 22:56


Pensiyaçılar və işsiz vətəndaşlar 2024-cü ilə kimi icbari tibbi sığorta zərfindən pulsuz istifadə edəcəklər.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta zərfində "chek up" müayinələr nəzərdə tutulmayıb:

"Yalnız səhhətində müəyyən problemlər hiss edildikdə ailə həkiminə müraciət etmək olar. Ailə həkimi həmin insanı müayinə, müalicə edə bilər. Ailə həkimi eyni zamanda ehtiyac duyulan laborator, diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi verə, dar ixtisaslı həkimə yönləndirə bilər".

Xatırladaq ki, bu gündən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR