Son Xəbər: COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib, Qazaxın işğaldan azad olunan kəndləri kameralar vasitəsi ilə müşahidə olunur, Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib, Harris indi haradadır?, Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb, Şəkidə avtomobil aşıb, ölən var, Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir,

Allahdan qorxmayan icra başçılarını nə gözləyir?

Allahdan qorxmayan icra başçılarını nə gözləyir?

Tarix: 25-12-2019, 10:56

Prezident İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə müsahibəsində ictimaiyyəti maraqlandıran bir sıra məsələlərə toxundu. Ölkə prezidentinin xüsusilə ictimaiyyətdə "kiçik padşahlar” kimi də adlandırılan icra başçılarına xitabən söylədikləri diqqət çəkib.

Prezident bildirib ki, verilən tapşırıqlara zidd hərəkət edən məmurlar bundan sonra da çox sərt şəkildə cəzalandırılacaqlar: "Mənim təşəbbüsümlə biz hər rayonda ictimai ödənişli iş yerləri yaratdıq, vətəndaşlara, heç olmasa, minimum əmək haqqı səviyyəsində məvacib verilsin deyə. Beləliklə, ölkə ərazisində 40 minə yaxın belə ictimai iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işləri ilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara. O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı?

Ona görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun. Dövlət məmuru olmaq istəyirsənsə, vicdanla xidmət et dövlətə. Yox sən dövlət vəzifəsinə gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə. Çünki bədbəxt olarsan. Bunu anlamayanlar, hesab edirəm, anlamalıdırlar ki, yeni dövrdə, yeni çağırışlar qarşısında olan ölkədə başqa cür ola da bilməz. Biz ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz hallara qarşı mübarizə bundan sonra da aparılacaq. Eyni zamanda həm mətbuatdan, həm ictimaiyyətdən mən həm dəstək görürəm, həm də ki, onlar mənə bu işdə kömək edirlər”.

Bu haqda "Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirib ki, ölkə prezidentinin jurnalistlərə müsahibəsində kifayət qədər ciddi və maraq kəsb edən mesajlar var: "Tamamilə əminəm ki, bu, bütün Azərbaycan xalqını maraqlandıran, onları düşündürən məsələləri özündə ehtiva etdi. Ölkə prezidenti ilin yekunları ilə bağlı əldə etdiyimiz uğurların üzərində lakonik şəkildə dayandı.
 
Azərbaycanda həyata keçirilən islahatların və geniş miqyas daşıyan yeniliklərin mahiyyətini bir daha açıqlayıb, bunun hədəflərini müəyyənləşdirdi. Hakimiyyətə gətirmiş olduğu yeni komandanın fəaliyyətinin uğurlu tərəfləri üzərində dayandı. Əlbəttə ki, islahatların dönəm, ardıcıl və sistemli xarakter daşıdığını bir daha önə çəkdi. Xüsusi olaraq struktur dəyişikliyi ilə kadr islahatlarının bir-birini tamamlaması və bunların birinin digəri ilə eyniyyət təşkil etməsini vurğuladı.
 
Cənab prezident bir daha söylədi ki, bir sıra hallarda problemləri onun diqqətinə çatdırmırlar. Özü də qeyd etdi ki, çünki bu, bəzi məmurların maraqlarına toxunur. Belə olan halda ölkə prezidenti çox haqlı olaraq söylədi ki, ictimai nəzarət güclənməli, bununla məsələlərə aydınlıq gətirilməlidir. Cənab prezident etiraf etdi ki, bəzi problemlər barəsində o, kütləvi informasiya vasitələrindən xəbər tutur. Cənab prezidentin bu fikirləri onu deməyə əsas verir ki, ölkə sözün həqiqi mənasında yeni inkişaf mərhələsinə qədəm qoyub.
 
Ölkə prezidentinin siyasi iradəsi ortadadır və bu siyasi iradə Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarda biləcək strategiyanın reallaşmasına hesablanıb”.
Deputat bildirib ki, indiki komandanın bu vəzifələri yerinə yetirmək üçün fəaliyyətləri məqbuldur: "Arzu edərdik ki, müvəffəqiyyətdən baş gicəllənməsi olmasın. Cənab prezident çıxışı zamanı bir daha xatırlatdı ki, heç kimə güzəşt olmayacaq. Hər kəsə mesajını verdi ki, Azərbaycan xalqına xidmət etmək böyük şərəfdir. Kim Azərbaycan xalqına xidmət etməsə, özünün şəxsi maraqlarını önə çəkərsə, onların idarəçilikdə yeri olmayacaq və ciddi şəkildə cəzalanacaqlar. Artıq Ağstafa və Yevlağın sabiq icra başçılarının taleyi hər kəsə bəllidir.
 
Ümidvar olmaq istəyirəm ki, bütün məmurlar gedən proseslərdən özləri üçün ibrət dərsi götürəcəklər.  Bəziləri başa düşməlidirlər ki, Azərbaycan artıq yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə isə ölkə prezidentinin siyasi iradəsi açıq şəkildə ortadadır. Nöqsanlara, ciddi səhvlərə, cinayətlərə yol verən heç bir məmur prezident tərəfindən bağışlanmayacaq və onlar nəinki işdən çıxarılacaq, eyni zamanda cəzalandırılacaqlar. Bu, məncə, ölkə prezidentinin müsahibəsində qırmızı xətlə özünü ifadə etdi”.

F.Ağamalı söyləyib ki,  ölkə prezidenti icra başçılarını qəbul edən zaman xalqla virtual qaydada birbaşa təmasa girir: "Eyni zamanda  məmurlara öz tapşırıqlarını verir. Ölkə prezidenti ilin yekunları ilə bağlı bir neçə telekanala müsahibə verdi. Bu müsahibə hesab edirəm ki, yeni formatdır və ölkə prezidenti ilə xalqımız arasında yaranmış olan körpünü yeni çalarlarla zənginləşdirir.
 
Bu münasibətlərin daha da möhkəmlənməsində şübhəsiz ki, ölkə prezidentinin haqqında danışdığımız müsahibəsi özünün əhəmiyyətli rolunu oynayacaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR