Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Balakəndə qətl: Dostunun başını taxta ilə əzib öldürdü

Balakəndə qətl: Dostunun başını taxta ilə əzib öldürdü

Tarix: 25-12-2019, 10:58

Balakəndə qətl: Dostunun başını taxta ilə əzib öldürdü

Balakəndə qətl hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Hənifə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, rayon ərazisində fəhləlik etməklə dolanışığını təmin edən Nabatov Murtuzəli Məhəmməd oğluna məxsus yarımtikilidə müvəqqəti yaşayan Şəki sakininin meyiti aşkarlanıb.

İstintaq nəticəsində aydın olub ki, meyit Şəki rayonu Baltalı kənd sakini 1960-cı il təvəllüdlü Rəhimov Məmmədhəsən Hidayət oğlunundur. Meyitə baxış keçirilən zaman onun bədənində qətl əlamətlərinə xarakterik xəsarətlər aşkar edilib.

Məlum olub ki, rayon sakini Nəsibov Hacımurad Cavad oğlu Hənifə kəndindəki mənzilində zərərçəkmiş M.Rəhimovla spirtli içki qəbul edib. M.Rəhimov dostunun ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə yaranıb.

H.Nəsibov M.Rəhimovu müvəqqəti yaşadığı yarımtikili ikimərtəbəli evin birinci mərtəbəsinə aparıb, orada onun baş nahiyəsinə taxta parçası ilə dörd-beş zərbə vuraraq öldürüb.
H.Nəsibov polis tərəfindən saxlanılıb. 
Fakt araşdırılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR