Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

AQTA ixracatçılara qrant və kreditlər vasitəsilə dəstək göstərəcək

AQTA ixracatçılara qrant və kreditlər vasitəsilə dəstək göstərəcək

Tarix: 25-12-2019, 11:59

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) müvafiq dövlət strukturlarının resurslarından istifadə edərək, ixracatçılara təmənnasız konsaltinq xidmətləri, həmçinin ixraca qoyulan tələblərin yerinə yetirilməsi üçün yaranan xərclərin bir hissəsinin qrant və kreditlər vasitəsilə dəstək göstərəcək.
Medibbiz.az.az-ın məlumatına görə, bunu "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüşdə çıxış edən AQTA sədrinin müşaviri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, söhbət proqram yanaşmasından gedir ki, müxtəlif dövlət orqanlarının resurslarını vahid konsepsiya altında toplamaqla, sahibkarları real ixraca çıxaranadək sahibkarlara bütün lazımi komponentlər təqdim olunsun.
"Növbəti mərhələ potensial alıcıların tapılması ilə bağlı olacaq. Bu istiqamətdə paralel olaraq potensial alıcılarla danışıqlar aparılır ki, burada da Agentliyin dəstəyi olacaq. Məsələn, sərgilərdə iştirak etməklə sahibkarların məhsullarını beynəlxalq sərgilərdə tanıdılması təşkil olunacaq", - deyə E. Mikayılov qeyd edib.//Apa.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR