Son Xəbər: İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar, Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT, Rus bölməsi üzrə I sinfə məktəb seçiminə başlanılıb, Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb, "Sabah" "Sele" ilə cavab matçına çıxacaq, Suriyada hökumət qüvvələri ilə yaraqlılar arasındakı toqquşmalarda 356 nəfər ölüb, Sabah Yevlaxın bir hissəsində qaz kəsiləcək, İsrail Müdafiə Qüvvələri Suriya sərhədində xaosa hazır olmadığını bildirib, Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub,

"İdlibə hücum Türkiyəyə miqrant axınını sürətləndirəcək"-RƏY

"İdlibə hücum Türkiyəyə miqrant axınını sürətləndirəcək"-RƏY

Tarix: 25-12-2019, 12:48

Suriya ordusu Rusiya hərbi aviasiyasının dəstəyi ilə İdlibdə yeni geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlarla əlaqədar olaraq yenidən böyük qaçqın ordusu Türkiyəyə üz tutub. BMT-nin rəsmi rəqəmlərinə görə, ötən həftə 30 min İdlib sakini, ümumilikdə isə 80 min nəfər evlərini tərk edərək Türkiyə sərhədinə doğru qaçır. Hərbi əməliyyatlar nəticəsində 100-dən çox ölən var. Rəsmi Ankara əməliyyatların dayandırılması üçün Moskvaya müraciət edib. Lakin Rusiya hazırda İdlib əməliyyatını dəstəkıyir. Rəsmi Moskva hazırda əsasən radikal islamçı qruplaırn nəzarətində olan yeganə Suriya vilayəti olan İdlibin hökumətin nəzarətinə keçməsini dəstəkləyir. Ancaq İdlib əməliyyatı bir tərəfdən 100 minlərlə qaçqının Türkiyəyə üz tutması, digər tərəfdən silahlı müxalifətin sıradan çıxarılması riski daşıyır. Bu səbəbdən də Ankara İdlibdə atəşkəsin davam etməsində maraqlıdır.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, İdlibi Suriya ordusu nəzarətə götürmək istəyir. Çünki əsas iddiaçı olan Suriya hökuməti və Rusiyadır. İdlibdə terrorçular yuva salıblar və o şəhər təmizlənməlidir. Problem ondadır ki, İdlibdə tək terrorçular yox, silahlı müxalifət də, mülki əhali də var. Əgər ora hücuma start verilsə, böyük qaçqın axını, itkilər, bombardmanlar olacaq ki, bunu da Türkiyə istəmir. Amma məsələ də uzanır, yəni, İdlib məsələsini həll etmək lazımdır. Terrorçular silahlarını təhvil vermədilər, əksinə, şəhərin böyük hissəsində nəzarəti ələ götürdülər. Terrorçular da neytrallaşdırılmalıdır. Təslim olmayacaqlarsa demək vuruşacaqlar. Suriyaya aydındır ki, indi də olmasa, Rusiya nə vaxtsa genişmiqyaslı hücuma başlayacaq və Türkiyə üçün bunun qarşısını almaq getdikcə çətinləşəcək. Baxmayaraq ki, Türkiyədən bir heyyət Moskvaya səfər etdi və məsələni razılaşdırmağa çalışdı. Amma alınmır, vaxt da gedir. Suriya hökuməti güclənib və istəyir ki, öklənin tamamına nəzarət etsin. Amma Türkiyə də qaçqın problemi ilə üzləşmək istəmir. Çünki, Türkiyə prezidenti açıq deyir ki, artıq 80,100, 150 min qaçqın qəbul edəcək durumda deyil. Türkiyənin haqlı iradlarına baxmayaraq hücum davam edəcək və növbəti illərdə də İdlibdə nəzarəti götürmək üçün genişmiqyaslı hücum əməliyyatına başlanılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR