Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

İntihara cəhdinə görə səhiyyə sistemini ittiham edən qadınla bağlı - Açıqlama

İntihara cəhdinə görə səhiyyə sistemini ittiham edən qadınla bağlı - Açıqlama

Tarix: 7-04-2021, 22:05

Məlum olduğu kimi, ötən gün sosial şəbəkədə özünü öldürəcəyi ilə bağlı status yazan və koronavirusa yoluxduğunu güman edən Bakı sakini Günel Hakimxocayevanın (Günel Fərhad Hakimqoca) intihara cəhdinin qarşısı alınıb. 
"Qafqazinfo" xəbər verir ki, polis və FHN əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar. Qadını intihar fikrindən döndərmək mümkün olub və o, özəl tibb müəssisəsinə yerləşdirilib. 
Qadın statusunda intihara cəhdinə görə səhiyyə sistemini ittiham edib. Belə ki,o, 38,5-39 dərəcə hərarətlə sahə həkiminə müraciət etsə də, sahə  həkimi onu yaşayış üzrə poliklinikaya yönləndirib. Vətəndaş iddia edir ki, yaşayış üzrə 8 saylı Şəhər Poliklinikasından zənglərinə cavab verən olmayıb. Həmçinin Təcili Tibbi Yardım və TƏBİB-ə olunan müraciət də cavabsız qalıb. 
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, artıq G. Hakimxocayevadan “COVID-19” testi götürülüb və cavab neqativ çıxıb.
Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Nuridə Fərzəliyeva bildirib ki, ötən gün təxminən saat 18:17 radələrində 103 çağrı mərkəzinə həmin qadınla bağlı zəng daxil olub: “Zəng edən xanım qohumu üçün çağırış etdiyini deyib və koronavirus infeksiyasından şübhələndiyini bildirib. Belə simptomlarla müraciət edən şəxslər poliklinikalara göndərilib. Çünki bu cür yüngül xəstələrdən müayinə materialının götürülməsi ilə sahə poliklinikaları, sahə həkimləri məşğul olurlar”. 
Nərimanov rayonu ərazisində yerləşən 8 saylı Şəhər Poliklinikasından isə onlara həmin vətəndaş tərəfindən zəng olunmadığı bildirilib.  




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR