Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Oqtay Gülalıyevdən yeni xəbər: - “Gözünü açıb-bağlayır”

Oqtay Gülalıyevdən yeni xəbər: - “Gözünü açıb-bağlayır”

Tarix: 25-12-2019, 16:20

İstanbulun "Amerikan Hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.

Bunu Cebhe.info-ya açıqlamasında Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib. Onun sözlərinə görə, hüquq müdafiəçisi artıq gözünü açıb-bağlayır:

Bunu Cebhe.info-ya açıqlamasında Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib. Onun sözlərinə görə, hüquq müdafiəçisi artıq gözünü açıb-bağlayır:

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib.
 
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev "City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub. Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Bir müddət orada müalicə alan hüquq müdafiəçisi İstanbulda yerləşən "Amerikan Hastanesi”nə köçürülüb.
 
Beyin əzilməsi diaqnozu qoyulan O.Gülalıyev iki aya yaxındır ki, koma vəziyyətindədir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR