Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

İşığın qiymətinin iki dəfə artırılacağı xəbərlərinə RƏSMİ CAVAB

İşığın qiymətinin iki dəfə artırılacağı xəbərlərinə RƏSMİ CAVAB

Tarix: 8-04-2021, 12:08


İqtisadçı deyir ki, kommunal xidmətlərin tarifinin artması ehtimalı həmişə gündəmdə olacaq...
Sfera.az bildirir ki, sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, ilin əvvəlində yanacaq və su tariflərinə dəyişiklik ediləndən sonra işıq pulunun da bahalaşması o qədər də uzaqda deyil. Bildirilir ki, qiymətlərin ikiqat bahalaşması gözlənilir.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı. Bundan əlavə, şirkətin dövlət büdcəsinə 3 milyon 90 mindən çox vergi borcu yaranıb.

Hesablama Palatası qeyd edir ki, adıçəkilən dövlət şirkətlərinin dövlət zəmanətli kreditlər üzrə öhdəliklərinin bir hissəsinin Təminat Fondundan və dövlət büdcəsindən ödənilməsi, maliyyə təsərrüfat fəaliyyətlərinin zərərlə başa vurulması 2021-ci ildə qeyd olunan mənbədə nəzərdə tutulmuş gəlirlər üzrə risklər formalaşdırır. Bəzi ekspertlərin fikrincə, bütün bunlar elektrik enerjisinin qiymətlərində dəyişiklik edilməsinə gətirib çıxaracaq.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən "Turan”a bildirilib ki, qurum tariflərin dəyişdirilməsi üçün Tarif Şurasına müraciət etməyib:

"Bu, tamamilə əsassız məlumatlardır. Qiymətlərin artırılması ilə bağlı müraciət edilməmişdi”.

Lakin qurumdan indiki tariflərin qənaətbəxş olub-olmaması ilə bağlı suala cavab verə bilməyəcəklərini qeyd ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR