Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Yayda da maska taxmalıyıq? – TƏBİB-dən AÇIQLAMA

Yayda da maska taxmalıyıq? – TƏBİB-dən AÇIQLAMA

Tarix: 21-04-2021, 18:58


Son günlər cəmiyyətin müxtəlif təbəqələrində koronavirusla əlaqədar tibbi maskalardan istifadəyə dair müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar açıq havada maska taxmağa ehtiyac duymasa da, həkimlər və digər rəsmilər bunun əksini düşünür.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev trend-ə bildirib ki, maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir.

Çünki tibbi maska virusdan qorunmaq üçün vacib vasitədir: “Qarşıdan yay gəlir. Ötən il yay aylarında koronavirusa yoluxmanın necə pik həddə qalxması hamımızın yadındadır. Sərt karantin rejiminə keçid olmuşdu, hər yer qapanmışdı və insanların evdən çıxışı SMS icazə ilə mümkün idi. Əgər həmin günlərin yenidən təkrarlanmasını istəmiriksə, hələ bir müddət də dözüm və anlayış göstərməli, tibbi maskadan istifadə etməliyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR