Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

12 mindən çox şəxsin pensiyası yenidən hesablandı: Artımlar var - RƏSMİ + FOTO

12 mindən çox şəxsin pensiyası yenidən hesablandı: Artımlar var - RƏSMİ + FOTO

Tarix: 5-05-2021, 10:49


Dövlət Sosial Müdafiə Fondu ötən illərdə təyin olunmuş pensiyaların məbləğlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını davam etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, araşdırmalar nəticəsində 12 809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı hesablandığı müəyyən edilib.

Beləliklə, sosial ədalətin təmin edilməsi məqsədilə həmin şəxslərin pensiya məbləğləri qanunauyğun şəkildə yenidən hesablanaraq artırılıb.

Artımlar onlara pensiya hüquqlarının yarandığı tarixdən və ya qanunvericiliyin tələbinə uyğun hallarda əvvəlki üç il üçün hesablanaraq verilib.

Həmin artımların təmin edilməsi üçün əlavə olaraq illik 8 milyon manat vəsait ayrılıb. Bundan başqa, keçmiş dövr üzrə ödənilməli olan 14,5 milyon manat fərq hesablanaraq aylıq pensiya məbləğlərinin üzərinə əlavə edilməklə hissə-hissə ödənilir.

Beləliklə, həmin şəxslərə pensiya ödənişi müddətində əlavə olaraq 80 milyon manatdan çox vəsait ödənəcək. Hazırda da bu tipli araşdırmalar davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR