Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Füzuli aeroportu sərnişinləri BU TARİXDƏN qəbul edə biləcək

Füzuli aeroportu sərnişinləri BU TARİXDƏN qəbul edə biləcək

Tarix: 30-07-2021, 11:42

"Füzuli aeroportu beynəlxalq hava limanı olacaq və çəkisi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.

Bunu Füzulidə jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

"Hava limanı payızda istifadəyə veriləcək. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Lakin labaratoriya yoxlanışı sınaq uçuşundan əvvəl - avqustun 25-də həyata keçiriləcək. Aeroport sərnişinləri bu ilin payızından sonra qəbul edə biləcək. Çünki terminal ərazisində işlər tamamlanmalıdır. Lakin uçuş-enmə zolaqları yaxın zamanlarda tam hazır olacaq və sınaq uçuşları yerinə yetiriləcək”, - deyə o, qeyd edib. // "Report"




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR