Son Xəbər: Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib, İlham Əliyev bu idmançıları təltif etdi - SİYAHI, Tibb müəssisələrində yoxlama: 131 nəfər məsuliyyətə cəlb olunub, QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir, Salamını almadı, əli hava qaldı - FOTO, Məşhur bağçanın müdiri 428 minlik dələduzluqda təqsirli bilinir, Dünya bazarlarında neft bahalaşıb, Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir, Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI, Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb,

Uğura çatmağın yolu təhsildən, tərbiyədən keçir

Uğura çatmağın yolu təhsildən, tərbiyədən keçir

Tarix: 25-08-2021, 14:42

 
 
Respublikamız müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əsaslı islahatlar aparıldı. Artıq bu islahatlar öz bəhrəsini verməkdədir. Təhsil sahəsində əldə olunan uğurlar hər birimizi sevindirir. Azərbaycanın tələbə və müəllimlərinin xoş sorağını biz dünyanın müxtəlif guşələrindən eşidirik. Bütün bu uğurların əldə edilməsində əlaqədar təşkilatların, o cümlədən əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun dəstəyini mütləq qeyd etməliyik. Bu fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi xidmətlər sayəsində neçə-neçə orta ixtisas məktəblərimiz yenidən inşa edildi, ən müasir tələblər səviyyəsində quruldu, lazımi əyani vəsaitlərlə təchiz edildi. Bütün bunlar Azərbaycan təhsilinin inkişafından xəbər verir. Göstərilən qayğı və diqqətdən ruhlanan müəllim və şagird kollektivi əldə etdikləri uğurların üzərinə yenilərini qalamağa başladılar. Belə müəllimlərdən biri də Emin Sultanzadədir.
Emin Sultanzadə 09.02.1998-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə ümumtəhsil pilləsinin 1-ci sinfinə daxil olmuş və 2015 ci ilin may ayında bitirmişdir. 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin kimya və biologiya fakültəsinin fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlıq müəllimliyi ixtisası üzrə qəbul olub. 2019-cu ildə elə həmin universiteti müvəffəqiyyətlə başa vurub. 2019-cu il iyul ayında hərbi xidmətə yollanmış və 2020-ci ilin iyul ayında hərbi xidmətimi müvəffəqiyyətlə bitirib. 2020-ci ilin avqust ayından müəllimlərin işə qəbulu müsabiqəsinə ilk dəfə fərdi şəkildə hazırlaşmış, 2021-ci ilin fevral ayından hazırlıqlara baş vurub, biliklərini daha da təkmilləşdirməyə çalışıb. 2021-ci ilin iyul ayının 16-da fiziki tərbiyə üzrə müəllimlərin işə qəbulu üzrə ilk dəfə test mərhələsində iştirak etmiş və 56 bal toplamışdır. İmtahanla bağlı xoş münasibəti oldu. Belə ki, ilk öncə şəffaflığın olması, kadr heyətinin, nəzarətçilərin münasibətinin mükəmməl səviyyədə olması onun ürəyincə idi. Sualların səviyyəsi təbii ki, aşağı, normal və çətin səviyyədə qurulmuşdu. Onun fikrincə, çətin suallar daha çox idi. Şagirdlərə gələcəkdə daha interaktiv şəkildə, motivasiyanın və refleksiyanın təşkil etdiyi sinif mühiti formalaşdıraraq sinifdəki bütün şagirdlərin təhsilə cəlb olunmasına şərait yaratmaqdır.
Emin Sultanzadənin gələcək hədəfi müəllimlik fəailiyyətinə başlayaraq humanizm, həssaslıq və empatiya ilə şagirdlərdə tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək, sağlam, mənəvi-psixoloji mühit qurmaq, gələcək həyatlarında uğura çatmağın yolunun təhsildən, tərbiyədən keçdiyini aşılamaqdır. Daha sonra isə təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, ixtisası artırmaq, ixtisas və elmi səviyyəni yüksəltmək, məktəbdənkənar və sinifdənkənar tədbirlər keçirmək, uşaqları və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək vəzifəsini yerinə yetirməkdir.
Bununla yanaşı, əziyyətinin yerdə qalmadığına çox sevinən Emin bunun üçün Allaha minnətdar olduğunu bildirir. Başda Təhsil Nazirliyinin rəhbərliyi olmaqla bütün əməkdaşlarına, kadr heyətinə, digər texniki nümayəndələrinə dərin hörmət və təşəkkürünü bildirir.
Emin Sultanzadə onunla söhbət zamanı belə dedi:
- Hamı kimi mən də təhsilimizə göstərilən qayğını daim hiss edirəm. Son zamanlar respublikamızın bölgələrində inşa olunan müasir tipli məktəb binaları və bu binaların lazımi avadanlıqlarla təchiz olunması təhsil sahəsinin inkişafına təkan verir. Kompüter avadanlıqlarının məktəblərə verilməsindən sonra şagirdlərimiz hərtərəfli biliyə yiyələnirlər. Onlar kompüter vasitəsilə digər məktəblərin şagirdləri ilə əlaqə saxlayır, fənnlər üzrə bilik yarışları da aparırlar. Biz müəllimlər də çalışırıq ki, işlərimizi daim yeni tələblər səviyyəsində quraq. Tədris etdiyim fənnin incəliklərini şagirdlərimə həvəslə öyrədirəm. Axı, bizim minilliklərdən keçib gələn tariximizi gənc nəsil mütləq yaxşı bilməlidir. Xalqımız qədim bir tarixə malikdir. Hər dəfə məktəblərdə keçirilən dəyirmi masalar, monitorinqlər, sınaq imtahanları da şagirdlərin dərsə davamiyyətini artırır.
Sonda biz də Emin Sultanzadəyə işlərində yeni-yeni uğurlar arzulayırıq.

Yaqut Zeynalova




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR