Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Ermənilər "Maşa və Ayı"nın Azərbaycan buraxılışını SİLDİRDİ

Ermənilər "Maşa və Ayı"nın Azərbaycan buraxılışını SİLDİRDİ

Tarix: 3-09-2021, 18:34

Rusiya istehsalı olan məşhur "Maşa və Ayı" cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi "Youtube" səhifələrindən silinib.

Mediabiz.az xəbər verir ki, avqustun əvvəlində cizgi filminin Azərbaycanın "Cırtdan" xalq nağılı əsasında hazırlanan bölümü Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb.

Xatırladaq ki, həmin buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörək və  dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunmuşdu. Bundan başqa, filmdə məşhur "Cücələrim" mahnısı da səsləndirilmişdi. Sözügedən buraxılışda Azərbaycanın qədim sənətkarlığı - pinəçilik də nümayiş olunub.

Cizgi filminin bu buraxılışı "YouTube" kanalında qısa müddətdə xeyli baxış toplamışdı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR