Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

"Belə məlumatları sosial şəbəkədə yerləşdirməyin" - XƏBƏRDARLIQ

"Belə məlumatları sosial şəbəkədə yerləşdirməyin" - XƏBƏRDARLIQ

Tarix: 5-10-2021, 19:36


Dünən axşam saatlarından "Facebook" və "Instagram" sosial şəbəkələrinin, eləcə də "WhatsApp" tətbiqinin fəaliyyətində problemlər yaranmışdı. Bu da sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub."Facebook" yaydığı məlumatda bildirir ki, problem "Facebook" sosial şəbəkəsinin serverlərdə baş verən yalnışlıq nəticəsində baş verib.

Bununla bağlı  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  açıqlama verib.  Onun sözlərinə  görə,  "Facebook" yaydığı rəsmi məlumatda şəbəkə istifadəçilərinin hər hansı məlumatının oğurlanmasını təkzib edib: "Belə görünür ki, "Facebook"-un DNS sistemində xətalar olub.Buna görə də "Facebook" çöküb, bu qlobal problem olub.

Sosial şəbəkə istifadəçilərimiz açıqlanması təhlükə yarada biləcək, məlumatları sosial şəbəkədə yerləşdirməsinlər. Bunu istifadəçilər nəzərə alsınlar. Düşünürəm ki, baş verənlərdən dünya ictimaiyyəti, şəbəkə istifadəçiləri dərs götürməlidirlər. "Facebook", "Insatgram", "Whatsapp","Twitter", "Amazon", "Apple" kimi şirkətlər nəhəng bir resursa çevrilib. Bu şirkətlər rəqabəti pozacaq, müəyyən inhisarçı durum yaradacaq səviyyədədir. Dünyada böyük qurumlar, biznes, informasiya mühüti bu qurumlardan aslı vəziyyətə düşüb. Baş verən hadisələr yeni bir çağırışlar müəyyən edir".

O.Gündüz qeyd edib ki, ötən il bu cür qurumların bölünməsi gündəmdə idi: "Bu şirkətlər dünya iqtisadiyyatı üçün böyük risklər yaradıb. Bu risklər də hər gün artır. Dünən baş verən hadisələr göstərir ki, belə risklər hər gün ola bilər. İnternet istifadəçiləri, qlobal təşkilatlar bununla bağlı tədbir görülməsini tələb etməlidir.

Bu sosial şəbəkələrə yanaşı alternativ şəbəkələr də var. Onlar dünən normal işləyirdi. Bu o demək deyil ki, Telegram kimi sosial şəbəkələr Facebookdan daha təhlukəsizdir. Hərəsinin öz problemi var."




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR