Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Diqqətli olun, kamera çəkir - Daha cərimə yazılacaq - VİDEO

Diqqətli olun, kamera çəkir - Daha cərimə yazılacaq - VİDEO

Tarix: 7-10-2021, 13:32


Yol Polisi İdarəsi paytaxt ərazisində tez-tez zolağını dəyişərək manevr qaydalarını kobud şəkildə pozan sürücülərə xəbərdarlıq edib. Bildirilir ki, bu cür qaydaları pozanlara kameralar vasitəsi ilə ciddi nəzarət edilir və aşkar edilən sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.

Hərəkətin sıx olduğu küçədə gah sağa, gah da sola hərəkət edir.

Sürücü yol boyu bu cür hərəkətlər etməklə həm öz, həm də digər hərəkət iştrakçıları üçün təhlükəli vəziyyət yaradır. Kadrları paytaxt ərazisində sürücülərdən biri çəkərək Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə göndərib. Sözügedən qurumun inspektoru Araz Əsgərli deyir ki, yol polis idarəsinin ''Hərəkətə Nəzarət'' mərkəzində xüsusi texniki vasitələrlə aşkarlanan qayda pozuntularının içərisində tez-tez zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozaraq, digər sürücülərə təhlükəli vəziyyət yaradanlara çox rast gəlinir. Bu səbəbdən də yol polisi belə intizamsız sürücülərə ciddi xəbərdarlıq edib.

Elə ''Hərəkətə Nəzarət'' mərkəzinin kameralarına düşən görüntülərdən də bu aydın şəkildə görünür. Yolda tez-tez zolaqları dəyişən sürücülər hətta ağır qəzalara belə səbəb olurlar. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozan sürücülər zənn etməsinlər ki, onların bu əməlinə qiymət verilməyəcək. 24 saat şəhər küçələrinə nəzarət edilən mərkəzdən həmin sürücülər aşkar edilir və qanuna uyğun şəkildə cərimə olunurlar.

Yol polisi sürücülərə bir daha xəbərdarlıq edirik ki, belə qayda pozuntularına yol verməsinlər. Bu, yolun ümumi nizamına təsir edən əsas amillərdən biridir. Həmçinin belə hallar zamanı yollarda süni sıxlıqların yaranmasına da səbəb olur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR