Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bu avtomobil sürücülərinə ŞAD XƏBƏR - Böyük güzəştlər olacaq (VİDEO)

Bu avtomobil sürücülərinə ŞAD XƏBƏR - Böyük güzəştlər olacaq (VİDEO)

Tarix: 11-01-2022, 08:25

Ekoloji təmiz avtomobillərin idxalını artırmaq və belə avtomobillərdən istifadəni təşviq etmək məqsədilə yeni güzəştlər paketi hazırlanır. Bu paketdə bu növ avtomobillərin sahiblərinə bir sıra güzəştlərin edilməsi nəzərdə tutulub. Güzəştlər və yeniliklər nədən ibarət olacaq?

Mediabiz.az xəbər verir ki, Azərbaycanda elektomobil və hibrid avtomobillərin sahiblərinə əlavə güzəştlər edilə bilər. Belə avtomobillərin sürücülərinin gələcəkdə ödənişli yollardan ödənişsiz istifadə etmələri üçün təkliflər hazırlanır. Bu təkliflər yeni təsdiq edilən "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"ndə öz əksini tapıb.

Dövlət Gömrük Komitəsinin şöbə müdiri Rövşən Namazov ''Xəzər Xəbər''ə bildirib ki, ekoloji təmiz olan avtomobillərin sahiblərini gözləyən yeniliklər bununla bitmir.

İşçi qrupuna belə nəqliyyat vasitələrinin ölkəmizdə rahat istifadəsi üçün infrasturukturun qurulması ilə bağlı təkliflərin hazırlanması da tapşırılıb. Bu avtomobillərin enerji ilə təminatı problemini həll etmək üçün parklanma yerlərində enerjidoldurucularının quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerjidoldurucu qurğuların idxalı və satışı bu ildən 3 il müddətinə ƏDV-dən azad olunub. Həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da bu ildən 3 il müddətinə ƏDV-dən azaddır. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR