Son Xəbər: Emoməli Rəhmon Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb, Bakının mərkəzində obyektdə yanğın - Fotolar, Putin Əliyevi təbrik etdi, İlham Əliyev Fərman imzaladı, Gələn ildən Rusiyaya səfərlə bağlı yeni qaydalar qüvvəyə minəcək, İraq Prezidenti Azərbaycan səfirini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib, İran Azad Universitetinin bir fakültəsində təhsil haqqı 300 faiz artıb, Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib, İlham Əliyev bu idmançıları təltif etdi - SİYAHI, Tibb müəssisələrində yoxlama: 131 nəfər məsuliyyətə cəlb olunub,

Ölkədə nə qədər işsiz var? - RƏSMİ

Ölkədə nə qədər işsiz var? - RƏSMİ

Tarix: 18-01-2022, 15:59

Azərbaycanda işsizlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu ilin yanvar ayının 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5303,9 min nəfər olub, onlardan 4988,2 min nəfərini məşğul əhali təşkil edib.

2021-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1704,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905,7 min nəfər, qeyri-dövlət sektorunda isə 799,2 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1673,4 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,0 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emal sənayesində, 7,4 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 19,5 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR