Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Bakı Xoreoqrafiya Akademiyası şagirdlərinin növbəti uğuru

Bakı Xoreoqrafiya Akademiyası şagirdlərinin növbəti uğuru

Tarix: 15-02-2022, 14:46


Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta məktəbinin IX sinif şagirdləri - Liana Bernadina və Leyla Dəmirova Rusiyanın Sankt-Peterburq şəhərində dahi rus balerinası Anna Pavlovanın anadan olmasının 140 illiyinə həsr olunmuş “Klassik və müasir rəqs ifaçılarının beynəlxalq konsert müsabiqəsi”ndə iştirak ediblər. Şagirdləri BXA-nın müəllimi Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskaya müşayiət edib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, müsabiqədə Liana Bernadina “Armida Pavilyonu” və “Əbəs yerə ehtiyatlılıq”, Leyla Dəmirova isə “Yatmış gözəl” baletindən Yasəmən pərisi, “Paxita” baletindən variasiyalar ifa edib. Leyla Dəmirova möhtəşəm çıxışına görə 107 ifaçı və 215 rəqs arasında I dərəcəli laureat, Liana Bernadina isə II dərəcəli laureat adına layiq görülüb.

Layihə böyük rus balerinası Anna Pavlovanın doğum gününə təsadüf etdiyinə görə, mükafatlandırma balerinanın ev-muzeyində keçirilib.

Qeyd edək ki, müsabiqənin missiyası klassik baletin ən yaxşı ənənələrini qoruyub saxlamaq, tələbələrin yaradıcılıq qabiliyyətlərini və ifaçılıq bacarıqlarını inkişaf etdirmək, onların yaradıcılıq potensialının reallaşdırılması üçün əlverişli şərait yaratmaq, ən istedadlı rəqqasları üzə çıxarmaq, dəstəkləmək, o cümlədən yaradıcılıq əlaqələri yaratmaqdan ibarətdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR